ABŞ Senatı Türkiyəyə "F-16" qırıcılarının satışını məhdudlaşdıran bəndlərin çıxarıldığı 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.
Məlumata əsasən, 18 nümayəndə tərəfindən təqdim edilən və daha əvvəl ABŞ Nümayəndələr Palatasında təsdiqlənən layihənin yekun variantında F-16-nın Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə əlaqələndirən bəndlər yer almayıb.