Ukraynada genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib

A- A A+

Ukraynada dekabrın 16-da genişmiqyaslı hava hücumu xəbərdarlığı elan olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir. Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko ukraynalıları ehtiyatlı olmağa çağırıb.

O, sosial şəbəkədə əhalini hava hücumu xəbərdarlığına məhəl qoymağa və sığınacaqlarda qalmağa çağırıb.

Nikolaev vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim təqribən 60 raketin atılacağını gözlədiklərini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: