Bosniya və Herseqovina Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb

A- A A+

Bosniya və Herseqovinaya Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd ölkə statusu verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə bununla bağlı qərarı təsdiqləyiblər.

Avropa Komissiyasının Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi bunu tarixi qərar adlandırıb. Deyib ki, Bosniya və Herseqovinanın gələcəyi Aİ-dədir.

Xatırladaq ki, oktyabrın 12-də Aİ dövlətlərinə Bosniya və Herseqovinaya ittifaqa üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi təklifi irəli sürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: