Bosniya və Herseqovinada yeni hökumətin formalaşdırılması üçün koalisiya sazişi imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xorvat Demokrat Birliyi, Müstəqil Sosial Demokratlar İttifaqı və müxalifət partiyalarından ibarət “Səkkizlik” ittifaqı arasında imzalanan sazişdən sonra hökumətin ən qısa zamanda qurulacağı və Nazirlər Şurasının formalaşdırılacağı bildirilib.
Xatırladaq ki, Bosniya və Herseqovinada ümumi seçkilər oktyabrın 2-də keçirilib. Bosniya və Herseqovinada daha əvvəlki seçkilərdən 14 ay sonra hökumət qurulmuşdu.