Avropada yeni qırıcı təyyarə ilə bağlı təqribən 8 milyard avro məbləğində kontrakt imzalanıb

A- A A+

İspaniya, Almaniya və Fransa yeni döyüş aviasiya sistemi və ya növbəti nəslə aid silahlar sistemi layihəsi (FCAS və ya NGWS) üzərində işə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu proqramın üç əsas podratçısı - Airbus DS (Almaniya), Dassault Aviation (Fransa) və Indra (İspaniya) konsernləri - büdcəsinin həcmi 8 milyard avroya yaxın olan kontrakt imzalayıblar. Layihə üzərində iş 2027-ci ilə qədər davam edəcək. İspaniya, Fransa və Almaniya müdafiə nazirliklərinin hər biri yaxın beş ildə 2,5 milyard avro sərmayə qoymağı planlaşdırırlar. Bu məbləğin 525,6 milyonu Krallığın 2023-cü il üçün büdcəsində nəzərdə tutulur.

Berlin, Paris və Madriddə ən iri hərbi proqramın sensor sisteminə İspaniyada informasiya texnologiyalarının, avtomatlaşdırılmış test avadanlığı və silahlar işlənib hazırlanması sahəsində ixtisaslaşan Indra konserni başçılıq edəcək.

Altıncı nəslə aid FCAS qırıcı təyyarəsi pilotsuz platformalar, uzaqdan idarə edilən daşıyıcılar (dronlar), az nəzərəçarpan texnologiyalar, süni intellekt, böyük həcmli məlumatlar və dəqiq hesablama texnologiyalarının tətbiq edilməsi hesabına bütün informasiyanı döyüş buludu şəklində inteqrasiya etməyə imkan verəcək. Kontrakt İspaniyada mindən çox yüksək ixtisaslı iş yeri yaradılmasını təmin edəcək.

İlk nümayiş uçuşları 2028-ci ilə planlaşdırılıb. Sistemin 2040-cı ildə istifadəyə verilməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: