Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib - VİDEO
Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Roketsan” şirkətinə istinadən xəbər verir.
Qeyd olunub ki, “Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 km məsafədən hədəfi uğurla vurub.
Şirkətin məlumatına görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 km yüksəklikdən həyata keçirilib.
Raketin uçuş məsafəsi 20 ilə 150 km arasındadır.