Ukrayna Prezidenti Rusiya ilə danışıqların şərtlərini açıqlayıb

A- A A+

“Rusiya ilə danışıqlar Ukraynanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkündür. Bununla belə, onlar hörmətə əsaslanmalıdırlar”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “LCI” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, indi üçüncü şəxslərin çağırışlarına baxmayaraq tərəflər arasında danışıqlar üçün mövzu yoxdur:

“Bizi maraqlandıran təkcə öz torpaqlarımızın azad edilməsidir, bundan sonra biz həmsöhbətinə hörmət etməyə və bizə məxsus olanı qaytarmağa hazır olan Rusiya ilə danışıqlara gedəcəyik. Məhz belə bir Rusiya ilə mən danışıqlara hazır olacağam, amma indiki Rusiya ilə deyil”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: