NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynadakı müharibənin uzun müddət davam edə biləcəyindən ehtiyatlanır. Həmçinin o, münaqişənin danışıqlar masası arxasında bitəcəyinə inanır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yens Stoltenberq bu fikirləri France-Presse agentliyinə müsahibəsində səsləndirib.
“Rusiya uzunmüddətli müharibə aparmağı planlaşdırır. Biz onların daha çox qüvvə səfərbər etdiyini, çoxsaylı itkilər verməyə hazır olduqlarını və daha çox silah əldə etməyə çalışdıqlarını görürük”, - deyə NATO-nun Baş katibi bildirib.
Münaqişənin danışıqlar masası arxasında başa çatacağına əminliyini ifadə edən Yens Stoltenberq bunun ən sürətli yolunun Kiyevə hərbi dəstək olduğunu müsahibəsində bir daha vurğulayıb.