Şimali Koreya növbəti dəfə ballistik raketlər buraxıb

A- A A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) dekabrın 18-də Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketlərin Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən yerli vaxtla saat 11:13-də və 12:05-də buraxıldığı bildirilir.

Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı ABŞ-dan olan həmkarları ilə birgə Şimali Koreyanın nüvə-raket fəaliyyətini davamlı nəzarətdə saxladıqlarını açıqlayıb.

Qeyd edək ki, Pxenyan cari ildə 62 ballistik raket buraxılışı həyata keçirib. İndiyədək Şimali Koreya il ərzində bu qədər raket buraxmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: