Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasının məğlubiyyətindən sonra bir çox şəhərlərdə polis və azarkeşlər arasında toqquşma olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Parisdə Fransa yığmasının qələbəsini qeyd etmək üçün ənənəvi yer olan Şamp-Elizedə qələbə atəşfəşanlığı üçün nəzərdə tutulmuş partlayıcılar polisə tuşlanıb.
Lyon şəhərində Bellecour meydanında atış səsləri eşidildiyi bildirilir. Prefektura insanları zorakı qruplardan uzaqlaşmağa çağırıb.
Bəzi şəhərlərdə yerli vaxtla saat 20:00-da küçələrdə zibil qutuları, şəhərin mərkəzində avtomobillərin yandırıldığı və vitrinlərin talan edildiyi bildirilir. Polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Qeyd edək ki, Fransa yığmasının qələbə çalacağı təqdirdə ölkədə gözlənilən atəşfəşanlığa nəzarət edilməsi üçün milli səviyyədə 14 min, Paris şəhərində isə 2 min 750 polis və jandarm səfərbər edilmişdi.