Rusiya qüvvələri səhər saatlarında Ukraynaya pilotsuz uçuş aparatları (dron) ilə hücum edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, paytaxtda güclü partlayış səsləri eşidilib.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, paytaxta 9 “Şahed” dronları ilə hücum olub.
Qeyd olunur ki, paytaxtda hava hücumundan müdafiə sistemi işləyir.
Bütün PUA-ların vurulduğu qeyd olunub.