Rusiya Prezidenti Vladimir Putin özünün 300 min əsgərini itirməklə barışmağa hazırdır ki, Ukrayna üzrə qarşıya qoyduğu planlara nail olsun.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu "Nyu-York Tayms" nəşri bir NATO üzvünə istinadla yazıb («UNİAN»).
Təcavüzdən əvvəl RF yüksək məqamlı şəxsləri MKİ direktoru Bernslə söhbət zamanı təsdiqləyiblər ki, Rusiya ordusu «kifayət qədər güclüdür» və Ukrayna ilə bacaracaq.
Artıq təcavüzdən bir neçə gün sonra, Putin İsrailin Baş naziri Bennetə etiraf edib ki, ukraynalılar "sərt" çıxıblar, nəinki bunun əksini düşünüblər. Bununla yanaşı Kremlin başçısı onu da əlavə edib ki, Rusiya «böyük ölkədir» və bizim «səbrimiz var».
Putini tanıyan insanlar deyirlər ki, o, sonsuz həyatları qurban verməyə hazırdır və amerikalılarla şəxsi görüşləri zamanı rusiyalılar Prezident Baydenin nəzərinə sərt şəkildə çatdırmaq istəyiblər: döyüş meydanında nə qədər rusiyalı əsgər öldürülsə və ya yaralansa da, Rusiya təslim olmayacaq - materialda belə deyilir.