İlon Maskın bazar günü tviter sosial şəbəkəsində təşkil etdiyi sorğu başa çatıb. Sorğu iştirakçılarının 57,5 faizi milyarderin “Tviter” kompaniyanın rəhbəri postundan getməsinin lehinə, 42,5 faizi isə əleyhinə səs verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, amerikalı biznesmenin 12 saat davam edən sorğusunda 17,5 milyondan çox istifadəçi iştirak edib. İlon Mask sorğunu təqdim edərkən səsvermənin nəticələrini rəhbər tutacağına vəd verib.
Qeyd edək ki, İlon Mask eyniadlı sosial şəbəkəyə malik “Tviter” kompaniyasını oktyabrın 27-də 44 milyard dollara satın alıb. Qısa müddətdən sonra baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, rəhbərliyin bir sıra üzvləri işdən çıxarılıb. Mask, həmçinin direktorlar şurasını ləğv edib və kompaniyanın yeganə rəhbəri olub.