Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni ölkələrin qoşulması ilə bağlı məsələlərə baxılmır.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
“Xeyr, bu məsələ indi müzakirə olunmur. Biz kəmiyyət üçün deyil, keyfiyyət üçün işləməliyik”, – deyə Stanislav Zas vurğulayıb.
Baş katib bildirib ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyini artırmalı və ümumi təhlükəsizliyi gücləndirməlidir.
Qeyd edək ki, hazırda təşkilata 6 dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür.