Argentina dekabrın 20-ni qələbənin şərəfinə istirahət günü elan edib

A- A A+

Argentina hakimiyyəti dekabrın 20-ni dünya çempionatında qələbənin şərəfinə istirahət günü elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasındakı mənbə bildirib.

“Həmin gün milli komanda Argentinaya gələcək. Sakinlərin milli komanda ilə görüşüb dünya çempionatında qələbəni qeyd etmələri üçün istirahət günü elan edilib”, - deyə qeyd edilib.

Qeyd edək ki, dekabrın 18-də Argentina millisi dünya çempionatının finalında Fransanı məğlub edib. Argentina millisi tarixində üçüncü dəfə mundialı birinci pillədə başa vurub. Komanda bu göstərici ilə Fransa və Uruqvay yığmalarını qabaqlayıb. Belə ki, Fransa və Uruqvay millilərinin hesabında 2 dünya çempionluğu var.

İtaliya və Almaniya seçmələri 4, Braziliya isə 5 dəfə dünya çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: