Kiyevin enerji təchizatını bərpa etmək mümkün olmur

A- A A+

Kiyevdə elektrik təminatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır, şəhərin enerji təchizatını bərpa etmək mümkün olmur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Klymenko Time” nəşri bu barədə Ukraynanın enerji sənayesində ən böyük özəl sərmayəçisi – DTEK holdinqinə istinadla məlumat yayıb. Holdinqə daxil olan YASNO kompaniyasının baş direktoru Sergey Kovalenko paytaxtda sakinlərin işığının kəsilməsinin 10 saat davam edə biləcəyini və elektrik enerjisinin Kiyev əhalisinin yalnız 20 faizinə çatdığını bildirib.

Odessa hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçukun sözlərinə görə, regionda enerji çatışmazlığı səbəbindən yaranmış uzunmüddətli fasilədən sonra elektrik nəqliyyatı bu gün marşruta çıxacaq.

Rusiya ordusunun hava zərbələri nəticəsində paytaxtın və Kiyev vilayətinin mühüm infrastruktur obyektlərinə ciddi zərər dəyib, paytaxt rayonlarının əksəriyyətinin elektrik enerjisi kəsilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: