Rusiyanın Çuvaşıstan Respublikasında Urenqoy-Pomarı-Ujqoqrod qaz kəmərində partlayış olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu magistral qaz kəməri ilə qaz Qərbi Sibirdən Ukrayna vasitəsilə Avropaya daşınır. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Qaz kəməri 1980-ci illərin əvvəllərində inşa olunub. Kəmər Kursk vilayəti ərazisində “Suca” qazpaylayıcı stansiyası vasitəsilə Avropaya, “Türk axını” kəmərinə və Orta Asiyaya daşınır.
Urenqoy-Pomarı-Ujqoqrod qaz kəmərində partlayışdan sonra Avropada qazın min kubmetrinin qiyməti 1200 dollara qalxıb.