Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviterin rəhbəri vəzifəsini tərk edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
İ.Mask qeyd edib: “Bu işi götürəcək qədər axmaq birini tapan kimi tviterin baş direktoru vəzifəsini tərk edəcəyəm”.
O, hazırkı vəzifəsini tərk etdikdən sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcəyini əlavə edib.