Dünya Bankı (DB) Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün 610 milyon dolların ayrılmasını təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə çərşənbə axşamı təşkilatın saytında məlumat verilib.
“Dünya Bankı Qrupu bu gün davam edən müharibə şəraitində Ukraynaya kömək və yenidənqurma səylərini gücləndirmək üçün layihələri özündə əks etdirən yeni maliyyə paketini elan edib”, - açıqlamada bildirilir.
Paket, xüsusilə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 500 milyon dollar (ABŞ) kreditin verilməsini nəzərdə tutur, məbləğ Britaniyanın zəmanəti ilə veriləcək. Dünya Bankında hesab edirlər ki, bu vəsait, "Ukrayna hökumətinə uşaq və ailə müavinətlərinin, dövlət qulluqçularının maaşlarının və kommunal xərclərin ödənilməsi ilə bağlı xərcləri ödəməyə kömək edəcək".
"Dünya Bankı, həmçinin Ukraynaya səhiyyə xidmətinə çıxışın bərpası və yaxşılaşdırılması üçün yeni layihə ilə dəstək verəcək.