ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

A- A A+

ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, yeni yardım paketinin bu gün elan olunacağı gözlənilir. Buraya, həmçinin yüksək dəqiqliyə malik “Joint Direct Attack” bombaları, minlərlə artilleriya və minomyot mərmiləri, yük avtomobilləri və hava-yer sinfindən olan HARM raketləri daxildir.

“Patriot” zenit raket komplekslərinin Ukraynaya veriləcəyi dəqiq tarix bəlli deyil, belə ki, ukraynalı hərbçilər həmin sistemləri idarə etmək üçün təlim keçməlidir. Almaniyanın “Grafenwohr” poliqonunda keçiriləcək təlimlərin bir neçə həftə davam edəcəyi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: