Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri Rusiya hərbçilərindən tamamilə təmizlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Ukraina online” yayıb.
Bildirilib ki, şəhərin ətrafında döyüşlər davam edir.
Rusiya hərbçiləri bir neçə aydır ki, şəhəri tamamilə ələ keçirməyə çalışıblar, lakin buna nail ola bilməyiblər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baxmutun Rusiya hərbçilərinin nəzarəti altında olmayan hissəsinə səfər etmişdi.