ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib

A- A A+

ABŞ Konqresinin Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Treysinin namizədliyini 93 senator dəstəkləyib, iki nəfər isə əleyhinə səs verib. Dinləmələrin sədri “Namizədlik təsdiq edilib”, - deyə bildirib.

Xatırladaq ki, Prezident Cozef Bayden sentyabrda ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb. Noyabrın sonunda ABŞ Senatının Xarici işlər komitəsində namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Treysi Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: