İranda 3 nəfər edam olunub

A- A A+

Bu gün İranda 3 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

NUHÇIXAN İnformasiya Agentliyi “Tasnim”ə istinadən xəbər verir ki, bunu Fars əyaləti Məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib.

Onun sözlərinə görə, edam olunan 3 şəxs bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınlara qarşı soyğunçuluq, təcavüz əməlləri törədib.

Hakim bildirib ki, onların cinayət əməlləri ilə bağlı bir neçə ailə şikayət edib.

Qeyd edək ki, İranda məhkəmə sistemində şəffaflıq təmin olunmadığı üçün dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhəlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: