Overçuk: “Rusiya Azərbaycan sərhədi ilə İranın Rəşt şəhəri arasında 160 km-lik dəmir yolu çəkməyi planlaşdırır”

A- A A+

Rusiya “Şimal-Cənub” dəhlizi çərçivəsində yüklərin və malların maneəsiz daşınmasını təmin etmək üçün avtomobil yollarının çəklişini, həmçinin dəmir yollarının və Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin ilə keçid məntəqələrinin modernləşdirilməsini planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rossiya 24” telekanalına bildirib.

O, Rusiyanın Azərbaycan sərhədi ilə İranın Rəşt şəhəri arasında 160 km-lik dəmir yolu çəkməyi planlaşdırdığını və bunun Rusiyaya Fars körfəzindəki İran limanlarına çıxış əldə etmək imkanı verəcəyini deyib.

"Biz dəmir yolunu yenidən qurmağı, həmçinin faktiki olaraq Azərbaycan sərhədi ilə İranın Rəşt şəhəri arasında çatışmayan 160 km-lik xəttin tikintisini həyata keçirməyi planlaşdırırıq. Əgər bu xətti tamamlaya bilsək, faktiki olaraq Fars körfəzindəki İran limanlarına dəmir yolu çıxışımız olacaq ki, bu da Hindistana, Pakistana, Afrikaya və Yaxın Şərqə çıxış deməkdir”, - A.Overçuk söyləyib.

Baş nazirin müavini hazırda Rusiya ilə Qərb arasında logistika imkanlarının xeyli azaldığını, lakin Moskvanın Şərq logistika marşrutlarını inkişaf etdirmək üçün əsas diqqəti “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi layihələrə yönəltdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: