Çavuşoğlu: "Türkiyə NATO-nun "açıq qapı" siyasətini dəstəkləyir"

A- A A+

"Türkiyə NATO-nun "açıq qapı" siyasətini dəstəkləyir".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, ölkəsinin İsveç və Finlandiyanın təhlükəsizliklə bağlı qayğılarını anladığını bildirib.

Bu ölkələrin atdığı bəzi addımları təqdir etdiyini vurğulayan M.Çavuşoğlu isveçli həmkarının terror təşkilatları ilə bağlı açıqlamalarını da müsbət qiymətləndirib.

Türkiyənin xarici işlər naziri bununla yanaşı adları təqdim edilən terrorçuların hələ də Türkiyəyə qaytarılmadığını qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: