İsveçin xarici işlər naziri Türkiyəyə səfər edib

A- A A+

İsveçin xarici işlər naziri Tobias Billström Türkiyəyə səfər edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, O, Ankarada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edən görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Qeyd edilib ki, müzakirələrin əsas mövzusu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü və onların Türkiyə qarşısında götürdükləri öhdəlik olub.

Nazir Çavuşoğlu bir daha təəssüflə vurğulayıb ki, terrorçuluqla əlaqəli cinayətkarların ekstradisiyası və terrorçuların aktivlərinin dondurulması ilə bağlı konkret irəliləyiş yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: