Qazaxıstan Milli Statistika Bürosu respublikada ən çox yayılmış familiyaların reytinqini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanda ən populyar soyad Axmetovdur. Bu familiyanı 66 091 nəfər daşıyır.
Reytinqdə ikinci yeri Serik soyadı tutur - 45 193. Omarov soyadı üçüncü yerdədir. Qazaxıstanda bu soyadı daşıyan 40 322 nəfər yaşayır. Populyarlıq göstəricisinə görə dördüncü soyad Ospanovdur - 36 142. Familiyalar TOP-5-ni Əliyev soyadı tamamlayır. Respublikada bu familiyalı 35 387 nəfəri var.
Yayılma baxımından sonrakı yerlərdə Kim (34 811), Süleymenov (29 988), Marat (28 008), Amangeldi (27 297), Bolat (24 542) soyadları dayanır.
Agentliyin məlumatına görə, Qazaxıstan əhalisinin sayı bu il noyabrın 1-nə 19 715 782 nəfərdir.