ABŞ əhalisi miqrantların hesabına bir il ərzində 1,2 milyon nəfər artıb

A- A A+

Bu il Amerika Birləşmiş Ştatlarının əhalisi 1,2 milyon nəfər artaraq 333,2 milyon nəfər təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, artım əsasən digər ölkələrdən miqrasiya hesabına baş verib. Bir il ərzində 1 milyondan çox insan ABŞ-a köçüb. Bu rəqəm 2021-ci illə müqayisədə 168 faiz artıb. Belə ki, ötən il bu göstərici 376 min nəfər təşkil edib.

Siyahıyaalma Bürosu əlavə edib ki, 2007-ci ildən bəri ilk dəfə 2022-ci ildə ölkədə doğulanların ümumi sayı artıb.

Ümumilikdə ABŞ əhalisinin illik artım tempi 0,4 faiz təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: