Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb

A- A A+

Yaponiyanın Niiqata prefekturasında ötən həftənin sonu və bu həftənin əvvəlində yağan güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, dövlət qurumlarının verdiyi məlumata görə, elektrik enerjisinin verilməsində yaranan fasilələr səbəbindən qatarların hərəkətində gecikmələr yaranıb. Şimane, Xirosima, Koçi və Hokkaydo bölgələrində qarın qalınlığının mövsüm normalarının üzərində olduğu və qarın davam edəcəyi qeyd edilib. Magistral yollarda 30 kilometrə qədər tıxaclar yaranıb. Yağıntıların intensiv olduğu Yapon dənizi ilə həmsərhəd bölgələrdə əsas ərzaq məhsullarının əvvəlcədən tədarükü və zərurət olmadıqca çölə çıxmamaqla bağlı əhaliyə çağırış edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: