Rusiyanın Kemerovo şəhərində qocalar evində baş verən yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi Interfaks agentliyinə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, yanğına səbəb sobadan düzgün istifadə edilməməsi olub.
Regionun prokurorluğu fakt üzrə yoxlama aparır.