ABŞ-ın 2023-cü il büdcəsində Kiyevə 44,9 milyard dollarlıq yardım paketi nəzərdə tutulur

A- A A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca 2023-cü maliyyə ili üçün (sentyabrın 30-da başa çatacaq) həcmi 1,7 trilyon dollar olan büdcə layihəsini təsdiqləyib. Layihə Kiyevə yardım üçün 44,9 milyard dollar ayrılmasını nəzərdə tutur.

NUHÇIXAN İnformasiya Agentliyi C-SPAN telekanalına istinadla xəbər verir ki, sənəd təsdiq üçün kifayət qədər səs toplayıb. Büdcədə nəzərdə tutulan xərclərin ümumi həcmi 2022-ci illə müqayisədə daha çox olacaq. Vəsaitlərin böyük hissəsi - təxminən 858 milyard dolları müdafiəyə yönəldiləcək, təxminən 722 milyard dollar qeyri-müdafiə xərclərinə ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: