Rusiya Silahlı Qüvvələri Xersonun mərkəzini atəşə tutub. Nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Kirilla Timoşenko bildirib.
“Düşmən Xerson vilayətinin ərazisini 74 dəfə atəşə tutub. Onlar artilleriyadan, reaktiv yaylım atəşi silahlarından, minaatanlardan və tanklardan atəş açıblar. Xersonun yaşayış məntəqələrinə amansızcasına hücum ediblər – düz 36 atəşə tutulma halı qeydə alınıb. Mərmilər mühüm infrastruktur obyektlərinə, uşaq bağçasına, məktəbə, xəstəxanaya, mağazalara, fabrikə, özəl və çoxmənzilli evlərə düşüb”, - o bildirib.