Özbəkistanda administrativ islahatlara start verilib

A- A A+

Özbəkistanda icra hakimiyyəti orqanlarının, o cümlədən rəhbər heyətin təxminən üçdəbiri ixtisar ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi Özbəkistan mediasına istinadla xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin inzibati idarəetmə orqanlarında islahatlar haqqında fərmanına əsasən, Baş nazirin müavinlərinin sayı səkkizdən dördə, hökumət strukturunda nazirliklərin sayı isə 25-dən 21-ə endiriləcək. 20 idarə tamamilə ləğv ediləcək, iqtisadiyyat və maliyyə, tikinti və mənzil-kommunal təsərrüfatı, ali təhsil, elm və investisiya, məktəbəqədər və məktəb təhsili vahid nazirliklər kimi birləşdiriləcək.

Güc strukturları – Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə struktur dəyişikliyinə məruz qalmayıb.

Şavkat Mirziyoyev ölkə parlamentinə və xalqına dekabrın 20-də etdiyi müraciətdə bildirmişdi ki, inzibati islahatlar haqqında fərman imzalayıb. Sənədə uyğun olaraq nazirlik və idarələrin sayının yarıdan çoxu - 68-dən 28-ə qədər azaldılacaq, məmurların sayı isə 30-35 faiz ixtisar ediləcək.

Özbəkistan Prezidenti dövlət aparatında çoxlu təkrarçılığa yol verildiyini, ştatların şişirildiyini, nəticədə həddən artıq çox vaxt, səy və vəsaitin sərf olunduğunu etiraf edib. Dövlət başçısı, həmçinin bildirib ki, administrativ islahatlar zamanı nazirlərin konstitusiya statusundan istifadə edərək bilavasitə Baş nazirlə işləyəcəyi sistem tətbiq olunacaq, hökumətin qərarları, mühüm sosial və iqtisadi məsələlər kollegial qaydada, nazirlərin birbaşa iştirakı ilə həll ediləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: