Yanvarın 1-dən etibarən 256 min 199 nəfərin Türkiyənin dövlət sərhədini keçməsinin qarşısı alınıb, 8 minə yaxın qeyri-qanuni miqrant və yaxalanan 820 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə milli müdafiə naziri Hulusi Akar cari ilin yekunları ilə bağlı Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.
Nazir diqqətə çatdırıb ki, cari ildə ölkədə, İraqın şimalında və Suriyada ümumilikdə 3982 terrorçu zərərsizləşdirilib. Bundan başqa, ümumilikdə 2 minə yaxın mina, əl istehsalı partlayıcı, 600-ə yaxın mağara, sığınacaq və tunel məhv edilib. Türkiyə terrorçuluqla mübarizəni qətiyyətlə davam etdirəcək.