Türkiyənin Diyarbəkir, Muş və Batman şəhərlərində “Eren Abluka”' əməliyyatına başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu açıqlamasında daxili işlər naziri Süleyman Soylu bildirib.
Qeyd edib ki, əməliyyatda 3500 hərbi personal iştirak edir.
Daxili işlər naziri əməliyyat bölgəsində terrorçular qalmayana qədər əməliyyatın davam edəcəyini vurğulayıb.