ABŞ-da qar fırtınası səbəbindən azı 23 nəfər ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
İnsan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb. Daha əvvəl 16 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, şənbə günü ABŞ-da pis hava şəraiti səbəbindən 2,3 mindən çox reys ləğv edilib.
Qar fırtınasına görə ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.