Misirin paytaxtı Qahirənın yaxınlığındakı Həsən Mustafa İdman Kompleksində tribunalarından birinin metal konstruksiyasının çökməsi nəticəsində azı 27 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ahram” informasiya portalı məlumat yayıb.
Hadisə idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında basketbol oyunu zamanı baş verib.
Qeyd edək ki, idman kompleksi 2020-ci ildə istifadəyə verilib.