Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KA-1 yüngül hücum təyyarəsi Qanqvon əyalətinin Hoengseong bölgəsində qəzaya uğrayıb, ekipaj üzvlərindən xəsarət alan olmayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Məlumata görə, təyyarədə iki pilot olub. Onlar xəsarət almasalar da, xəstəxanaya göndəriliblər.
Hərbçilər hadisənin başvermə səbəbini araşdırır.