ABŞ-da bazar günü çovğun səbəbindən 2500 aviareys ləğv edilib

A- A A+

Bazar günü ABŞ-ın əksər hissəsində tüğyan edən qar fırtınası səbəbindən 2500-ə yaxın aviareys ləğv olunub. Daha 6061 reysin yerinə yetirilməsi gecikib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə The Hill nəşri FlightAware saytına istinadla məlumat yayıb. CNN telekanalının məlumatına görə, dekabrın 23-də və 24-də isə aviakompaniyalar 8,4 mindən çox reysi ləğv ediblər.

Ötən həftə ABŞ-ın xeyli hissəsi soyuq havanın, güclü külək və qar fırtınasının təsirinə məruz qalıb. Bəzi ştatlarda temperaturlar mənfi 40 dərəcəyədək enib. Ən çox zərər çəkən ştatlardan biri Nyu-Yorkdur. Ştatın bəzi rayonlarında bazar günü yağan qarın hündürlüyü bir metri ötüb.

Birləşmiş Ştatlarda son günlər şiddətli çovğun və şaxtalı hava səbəbindən ən azı 26 nəfər həyatını itirib. PowerOutage.us saytının məlumatına görə, bazar günü ABŞ-da təxminən 250 min ev və müəssisə elektriksiz qalıb, onların yarısı Nyu-York və Men ştatlarındadır.

Bir sıra ştatlarda, o cümlədən Corciya, Cənubi Dakota, Kentukki, Nyu-York, Oklahoma və Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: