ABŞ dekabr ayında Suriyada İŞİD qruplaşmasına qarşı əməliyyatların sayını artırıb.
NUHÇIXAN İnformasiya Agentliyi “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, ABŞ bu ay İŞİD qruplaşmasına qarşı ən azı 10 əməliyyat keçirib.
Noyabrın 30-da Pentaqon İŞİD-in Suriyadakı rəhbəri Əbu əl-Həsən əl-Haşimi əl-Qüreyşinin həlak olduğunu elan edib. Onun Azad Suriya Ordusunun ölkənin cənubunda həyata keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü bildirilir. Lakin Dəməşq bu məlumatı təkzib edərək “Bağdadın qılıncı” ləqəbli əl-Qureyişinin oktyabrın 15-də hökumət qüvvələrinin xüsusi təyinatlı dəstəsi tərəfindən zərərsizləşdirildiyini iddia edib.
Nəşrin məlumatına görə, hazırda ABŞ-ın Suriyada minə yaxın hərbçisi dislokasiya olunub. 2015-ci ildən bəri Pentaqon Suriyanın şimal-şərqində doqquz hərbi baza yaradıb.