Serbiya Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib

A- A A+

Ali Baş Komandan, Prezident Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç bildirib.

"Serbiya Prezidenti Ali Baş Komandan kimi ordunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib”, - deyə nazir qeyd edib.

Eyni zamanda ölkənin daxili işlər naziri Bratislav Qasiç Daxili İşlər Nazirliyi qüvvələrinin də tam döyüş hazırlığına gətirildiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: