Quterreş Ukraynadakı münaqişədə vasitəçilik etmək üçün şərtini açıqlayıb

A- A A+

BMT-nin Baş katibi Antonio Quterreş bütün tərəflərin razılığı olarsa, Ukraynadakı münaqişədə vasitəçilik etməyə hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Quterreşin ofisindən Ukrayna XİN-in başçısı Dmitri Kulebanın təşkilatın Baş katibinin vasitəçi qismində mümkün iştirakı ilə fevralın sonunadək BMT-də “sülh sammiti” keçirmək təşəbbüsünü şərh edərkən bildirilib.

Qeyd edilib ki, Baş katibin əvvəllər dəfələrlə bəyan etdiyi kimi, o, yalnız bütün tərəflər onun vasitəçilik etməsinə razılıq verəcəyi təqdirdə bunu edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: