Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, görüş MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.
Xatırladaq ki, dekabrın əvvəlində liderlər arasında telefon danışığı olub. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarının icrası, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə ediblər.