Almaniya 2022-ci ildə Kiyevə 2,24 milyard avro dəyərində silah verib

A- A A+

Almaniya 2022-ci il yanvarın 1-dən dekabrın 22-dək 8,35 milyard avro məbləğində silah ixracına icazə verib.

NUHÇIXAN İnformasiya Agentliyi “Der Spigel” nəşrinə istinadla xəbər verir ki, bu barədə Bundestaqın deputatı Sevim Daqdelenin sorğusuna Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən verilən cavabda bildirilir.

Məlumata görə, 2022-ci ildə Almaniya Kiyevə 2,24 milyard avro dəyərində silah tədarük edib. Ukraynaya təhvil verilən silahlar arasında 30 ədəd “Gepard” özüyeriyən zenit qurğusu, 14 ədəd “Panzerhaubitze 2000” özüyeriyən haubitsa, beş ədəd reaktiv yaylım atəşi sistemi və bir ədəd “İris-T” hava hücumundan müdafiə sistemi var.

Almaniyadan silah alan digər ölkələr arasında Hollandiya (1,83 milyard avro), ABŞ (863,7 milyon avro), Böyük Britaniya (453 milyon avro), Macarıstan (249,2 milyon avro) və digər dövlətlərin adı çəkilir.

2021-ci ilin sonunda koalisiya quran Almaniya Sosial Demokrat Partiyası, yaşıllar və liberallar silah ixracını azaltmaq və təchizat üzərində nəzarəti artırmaq barədə razılığa gəlmişdilər. Lakin Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Berlinin bu məsələ ilə bağlı mövqeyində əsaslı dəyişikliklər baş verib. Həmçinin Almaniya ilk dəfə olaraq müharibə aparan ölkəni silahla təchiz etməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: