Türkiyə PA: “1970-ci ildə erməni terror təşkilatlarının hücumları ilə üzləşirdik"

A- A A+

“1970-ci ildə erməni terror təşkilatlarının hücumları və yaratdığı digər problemlərlə üzləşirdik".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada "Çətin illər" adlı sərginin açılışında deyib.

O bildirib ki, 1970-ci illərdə beynəlxalq aləmdə olduğu kimi, Türkiyədə də çətinliklər vardı: “Həmin dövrdə Türkiyədə bu problemləri həll edə biləcək güclü siyasi iradə və siyasi sabitlik yox idi. Həmin dövrdə problemlərin həlli üçün 12 sentyabr hərbi çevrilişinə əl atıldı. Amma bu hadisə də özü ilə birlikdə yeni problemlər gətirdi”.

F.Altunun sözlərinə görə, Türkiyə 2002-ci ildən sonra problemlərin öhdəsindən gəlməyə başladı: “Türkiyə indi qlobal sülhə xidmət edən gücdür. Biz artıq regional sabitlik mərkəzinə çevrilmişik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: