Dekabrın 27-də Ukrayna və Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəfə qaytarılması prosesi həyata keçirilib, Ukraynaya 42 meyit təhvil verilib.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyinin məlumatına istinadla xəbər verir.
Cəsədlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir.
Ümumilikdə, may ayından bəri Ukraynanın müstəqilliyi uğrunda canlarından keçən 869 nəfərin meyitini geri qaytarmaq mümkün olub.