Rusiya müharibə başlayandan indiyədək Ukraynada 35 mindən çox obyekti məhv edib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 702-si mühüm infrastruktur əhəmiyyətlidir.
Məlumata görə, hücumlardan ən çox əziyyət çəkən Xarkov, Donetsk və Luqansk vilayətləridir.
Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.