Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığındakı Persianov qəsəbəsində yerləşən 150-ci motoatıcı diviziyanın hərbi hissəsində partlayış və yanğın olub.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-ə istinadən xəbər verir ki, hərbi hissənin korpuslarından biri tamamilə yanıb.
Hadisənin yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilib. Rəsmi qurumlar yanğınla bağlı açıqlama yaymayıb.
Məlumata görə, hərbi hissə 2016-cı ildə istifadəyə verilib.