2022-ci il İtaliyada indiyə qədər qeydə alınan ən isti il olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliya Milli Tədqiqat Şurası 2022-ci ilin məlumatların qeydiyyatının aparılmağa başladığı 1800-cü illərdən bəri qeydə alınan ən isti il olduğunu açıqlayıb. Cari ilin dekabrında qeydə alınan yüksək temperaturun isə son 11 aydakı göstəricilərlə eyni olduğunu bildirib. Yeni il ərəfəsində ölkədə havanın temperaturunun orta göstəricidən 5-6 dərəcə yuxarı olacağı gözlənilir.
Həmçinin bu il anomal istilər və yağıntıların olmaması səbəbindən İtaliyada son 70 ilin ən pis quraqlığı yaşanıb. Quraqlıq kənd təsərrüfatı sektorunda 6 milyard avro itkiyə səbəb olub.
Qeyd edək ki, ölkədə aşağı temperatur rekordu isə 2018-ci ildə qeydə alınıb.