“Apple” və “Tesla”nın səhmləri kəskin ucuzlaşıb

A- A A+

Amerikanın “Apple” və “Tesla” kompaniyalarının səhmləri Çindən komponentlərin tədarükü ilə bağlı problemlər səbəbindən kəskin ucuzlaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, “Tesla”nın səhmlərinin qiyməti 2021-ci ilin noyabrında qeydə alınan maksimum göstərici ilə müqayisədə 73 faiz ucuzlaşaraq 109 dollara enib. “Apple” kompaniyasının səhmləri isə 130 dollaradək enib ki, bu da 2021-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.

Koronavirusa qarşı “sıfır dözümlülük” siyasəti və sərt karantin səbəbindən Çindəki istehsalı lazımi səviyyədə saxlaya bilməyən kompaniyalar məhdudiyyətlərin bir çoxu aradan qalxdıqdan sonra indi də kadr böhranı ilə üzləşib. Həmçinin bütün dünyada tənzimləyicilərin faiz dərəcələrini qaldırması, iqtisadiyyatların artım templərinin zəifləməsi və Ukraynada davam edən müharibə fonunda sərmayədarlar ehtiyatlı davranmağa və böyük investisiyalar yatırmaqdan yayınmağa çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: